Rusiyanın mədəniyyət müəssisələri ziyarətçiləri sifətə görə tanıyacaq İyun 13, 2018 | 10:35 / Maraqlı məlumatlar

Rusiyanın “Rostelekom” telekommunikasiya şirkəti və Nitq Texnologiyaları Mərkəzi müxtəlif mədəniyyət müəssisələrində istifadə üçün nəzərdə tutulmuş biometrik sistemin prototipini təqdim ediblər.

3dnews.ru saytının məlumatına görə, texnologiya ziyarətçiləri sifətinə görə identifikasiya etməyə imkan verir. Sistemdən istifadə üçün biometrik skan edilmə prosesindən keçmək və onlayn bilet almaq lazımdır. Sonra ziyarətçi mədəniyyət müəssisəsinə giriş zamanı xüsusi qurğu vasitəsilə videoidentifikasiyadan keçəcək. Beləliklə, sifət faktiki olaraq, unikal buraxılış vərəqəsi rolunu oynayacaq.

Qeyd edilib ki, yeni texnologiya banklarda məsafədən hesab açmağa və kredit almağa imkan verəcək vahid biometrik sistemdən istifadə variantlarından biridir. Gələcəkdə yeni sistemdən istifadə zamanı mədəniyyət müəssisəsinə daxil olmaq üçün bilet almağa ehtiyac olmayacaq. Belə ki, bankda vahid biometrik sistemin köməyilə hesab açmış vətəndaşların mədəniyyət obyektlərinə giriş üçün onların biometrik məlumatlarından istifadə edilməsinə bankın mobil proqramında razılıq verməsi kifayət edəcək. Məsələn, muzeyə giriş zamanı bank avtomatik olaraq, bilet üçün tələb olunan məbləği hesabdan siləcək.

Təklif edilmiş texnologiya artıq Ermitaj muzeyində sınaqdan keçirilib. Gələcəkdə sistemin teatrlar, müxtəlif qalereyalar və s. kimi mədəniyyət müəssisələrində tətbiq edilməsi planlaşdırılır.

Şəxsiyyətin tanınması prosesinin sadələşməsi və sürətlənməsi ilə yanaşı, platforma bir sıra digər üstünlükləri də təmin edəcək. Mədəniyyət müəssisələri daimi ziyarətçilərin bazasını formalaşdıracaqlar. Yeni sistem, həmçinin qanunsuz bilet satışı ilə mübarizədə təsirli vasitə olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı