AMEA-nın magistrləri pedaqogika fənnindən imtahan veriblər İyun 11, 2018 | 05:00 / Mühüm hadisələr

Məlumdur ki, AMEA Prezidenti, akademik Akif Əlizadənin 480 saylı 10 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən, AMEA-nın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara ümumi fənlər üzrə dərslərin tədrisi və imtahanların təşkili AMEA İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilib. İnstitutun Tədris-İnnovasiya Mərkəzində (TİM) keçirilən imtahanlar mərkəzləşdirilmiş qaydada elektron test üsulu ilə aparılır.

Bu gün AMEA-nın I kurs magistr tələbələri TİM-də “Pedaqogika” fənnindən imtahan veriblər. 4 altqrup üzrə keçirilən imtahanlarda AMEA-nın institutlarından ümumilikdə 67 nəfər iştirak edib. İmtahanda iştirak edən tələbələrin böyük əksəriyyəti yüksək nəticələr göstəriblər.

Qeyd edək ki, “Psixologiya” və “Fəlsəfənin əsasları” fənnindən imtahanlar isə müvafiq olaraq 14 və 20 iyun tarixlərində keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı