Dünyanın ən güclü superkompüteri təqdim edilib İyun 11, 2018 | 10:24 / Maraqlı məlumatlar

ABŞ-ın Energetika departamenti dünyanın ən güclü superkompüterini təqdim edib. “Summit” superkompüterinin ən yüksək məhsuldarlığı 200 petaflopsa (saniyədə 200 kvadrilyon hesablama) çatır. Bu, Çin sisteminin pik məhsuldarlığından (93 petaflops) iki dəfə çoxdur. Həmçinin ABŞ-ın bundan əvvəlki ən güclü superkompüteri – “Titan”ın məhsuldarlığından təxminən 7 dəfə yüksəkdir.

hi-news.ru saytının məlumatına görə, “Summit” sistemi adi stolüstü kompüterdə 30 il tələb edən məsələnin öhdəsindən bir saat ərzində gəlmək imkanına malikdir.

Superkompüter iki tennis kortunun ümumi ərazisini tutan 4608 server stansiyasından ibarətdir. Sistem, ümumiyyətlə 27 mindən çox “NVIDIA Tesla V100” qrafik prosessoru ilə bərabər işləyən 9 mindən çox 22-nüvəli “IBM Power9” prosessorundan istifadə edir. “Summit” superkompüterinə sərf edilən enerjinin həcmi ilə 8100 evi enerjiylə təmin etmək mümkündür. Sistemin soyudulmasını effektiv etmək üçün onun kanallarından hər dəqiqə ərzində 18 min litrdən çox su keçir.

“Summit”in yaradılmasına qədər qeyri-mümkün olan elmi araşdırmaların aparılması üçün yeni imkanlar açılıb”, – deyə Ok-Ric Milli laboratoriyasının hesablama biologiyası sahəsində mütəxəssisi Den Ceykobson bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı