Gözün buynuz qişası 3D-printerdə çap ediləcək İyun 07, 2018 | 02:06 / Texnoloji yeniliklər

Gözün buynuz qişasını 3D-printerin köməyilə 5 dəqiqə ərzində yenidən yaratmaq mümkün olacaq.

Böyük Britaniyanın Nyukasl Universitetinin alimləri Stiven Svioklo və Çe Konnon buynuz qişanın transplantologiyasını dəyişdirəcək üsul aşkar ediblər. Tədqiqatçılar tərkibində alginik turşu və kollagen olan “biomürəkkəb” və ya “biogel” hazırlayıblar. Bu maddə buynuz qişanın formasını saxlamaq üçün kifayət qədər sərtdir və eyni zamanda üçölçülü printerin ucluğu ilə sıxılmaq üçün yetərincə yumşaqdır. Pasiyentin buynuz qişasının parametrlərini öyrənmək üçün onun gözünü kompüter vasitəsilə skan etmək lazımdır.

Nəticə heyrətləndirsə də, transplantasiya üçün çap edilmiş toxumaların daha ciddi sınaqlardan keçirilməsi vacibdir. Yalnız bundan sonra onların tibdə istifadəsinə icazə verilə bilər.

Qeyd edək ki, görmə prosesində böyük əhəmiyyət kəsb edən buynuz qişa gözün ən ön hissəsində yerləşən işığı fokuslamaq və gözü xarici zədələyici faktorlardan qorumaq üçün xüsusiləşmiş şəffaf və əyri səthə malik olan toxumadır.

ichip.ru saytının məlumatına görə, Britaniya alimləri tərəfindən təklif olunan yeni metod və bu istiqamətdə aparılan tədqiqatlar olduqca əhəmiyyətlidir. Belə ki, hazırda 10 milyondan çox insan bu orqanın transplantasiyasını gözləyir. Əməliyyat zamanı görmə qabiliyyətinin itirilməsi riski yüksəkdir. Transplantasiya üçün ciddi material çatışmazlığı problemi mövcuddur. Buynuz qişa konkret pasiyentə uyğun hazırlanır və onun sürətli çap edilməsi prosesi xeyli ucuz başa gəlir. Bu, transplantologiya sahəsində əsl sıçrayışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı