Robotlar üçün sinir sistemi hazırlanıb İyun 01, 2018 | 04:39 / Maraqlı məlumatlar

Müasir robot texnikası artıq kifayət qədər hərəkətlidir və robotlar çoxlu sayda müxtəlif hərəkətləri yerinə yetirmək qabiliyyətinə malikdirlər. Amma robotların əksəriyyəti müxtəlif obyektlərlə qarşılıqlı təmas zamanı çox vacib olan taktil həssaslıq hissindən məhrumdurlar. İsveçrədən olan mühəndislər qrupu tərəfindən hazırlanmış ultranazik elastik kabellər toxunuş zamanı elektron siqnalları ötürə bilir.

hi-news.ru saytının məlumatına görə, bu həll Lozanna Federal Politexnik Məktəbinin mühəndisləri tərəfindən hazırlanıb. “Advance Materials” nəşri yazır ki, elastik kabellərin işləmə prinsipi insanın sinir toxumalarının işinə çox oxşardır. Yeni həllin əsasını təşkil edən optik lifin daxilində periferiyadan mərkəzə doğru onlarla cərgə elektrodlar yerləşdirilib. Bunun sayəsində qurğu təzyiqə, toxunuşa və hətta zədələrə reaksiya verə bilər. Sintetik sinir müxtəlif taktil elektrodların müxtəlif dərinlikdə yerləşməsi sayəsində yüklənməni fərqləndirə bilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı