Süni intellekt üzrə bakalavr proqramına start veriləcək May 22, 2018 | 09:58 / Maraqlı məlumatlar

ABŞ-ın ən nüfuzlu universitetlərindən biri olan Karneqi Mellon Kompüter Elmləri Məktəbi növbəti tədris ilindən etibarən süni intellekt sahəsində bakalavr proqramına start verəcək.

robo-hunter.com saytının məlumatına görə, ekspertlər süni intellekt sahəsində ixtisaslaşdırılmış kadrlara ehtiyac olduğunu bildiriblər. Onların fikrincə, bu proqram mütəxəssislərin hazırlanmasına imkan verəcək və digər universitetləri oxşar tədris istiqamətlərini yaratmağa vadar edəcək.

“Tələbələr süni intellekt sahəsi üzrə aspiranturaya yaxşı hazırlaşacaqlar. Kurs işi onlara informatika, riyaziyyat və statistika üzrə biliklərini artırmağa imkan verəcək. Fakültədə bütün zəruri fənlər tədris ediləcək: simvolik və məntiqi yanaşma, axtarış və planlaşdırma, qrafik modellər, robot texnikası, kompüter görməsi, insan və süni intellekt arasında qarşılıqlı əlaqə və ünsiyyət dili. Tələbələr bu fənlərin fundamental nəzəriyyələri ilə yanaşı, süni intellekt metodlarından istifadə etməyi və onları inkişaf etdirməyi də öyrənəcəklər. Müxtəlif tədqiqatların aparılması üçün bir çox imkanlar yaradılacaq ki, bu da tələbələrin diplom işinə hazırlanmasına kömək edəcək”, – deyə informatika və robot texnikası üzrə mütəxəssis Rid Simmons bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı