Smartfonları enerji ilə dolduran skamyalar İyul 02, 2014 | 11:20 / Texnoloji yeniliklər

ABŞ-ın Boston şəhərində “Wi-Fi” və günəş batareyaları ilə təchiz edilmiş “Soofa” adlı skamyalar quraşdırılıb. Skamyalarda əyləşərkən mobil telefonun akkumulyatorunu USB portlar vasitəsilə enerji ilə doldurmaq mümkün olacaq. Layihəni ABŞ-ın ən böyük mobil operatorlarından biri “Verizon” şirkəti və “Cisco” telekommunikasiya avadanlığı istehsalçısı maliyələşdirib. 

Hitech.vesti.ru saytının məlumatına görə, artıq Massaçusets ştatının ən böyük şəhərinin parklarında onlarla belə skamya quraşdırılıb. "Ağıllı" skamyalar havanın çirklənməsi və səs-küyü də qiymətləndirə bilir. 

Boston icra hakimiyyəti yaxın vaxtlarda qadcetlərin naqilsiz enerji yığmasını dəstəkləyən skamyalar quraşdıracağını bildirib. 

Qeyd edək ki, “Soofa” skamyaları 3 min dollara başa gəlib. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı