Amazon Fire: alış-veriş üçün smartfon İyun 27, 2014 | 12:30 / Texnoloji yeniliklər

Yeni qurğu onlayn-mağazalardan istifadəni maksimum asanlaşdırmaq üçün nəzərdə tutulub 

Dünyanın tanınmış Amazon onlayn-mağazasının rəhbəri Ceff Bezos smartfon istehsalçısı olan digər şirkətlərlə rəqabət aparmaq niyyətindədir. Şirkətin yeni "Firefly" adlı qurğusu Amazon vasitəsilə daha çox malların satışına yönəlmişdir. 

"Əsas məqsəd Amazon xidmətinə trafiki cəlb etmək və onun gəlirlərini artırmaqdır"- "Creative Strategies" şirkətinin analitiki Ben Badcarin belə deyib. 

"Computerworld" jurnalının məlumatında bildirilir ki, "Firefly" smartfonunun əsas xüsusiyyətlərindən biri onun şəkil, mətn və audio səsləri tanıma sisteminin olmasıdır. Ştrix-kodlardan başqa o, filmləri, teleserial və mahnıları müəyyənləşdirir və onları Amazon vasitəsilə tez bir zamanda almağa imkan verir. 

Smartfonda hətta "impulsiv alış-veriş"i asanlaşdıran ayrıca bir düymə var. Əgər dükana daxil olarkən, oradakı hansısa ayaqqabı xoşunuza gəlirsə, siz Amazon vasitəsilə o məhsulu daha ucuz qiymətə və dərhal əldə edə biləcəksiniz. 

"Fire-nin hazırlanması dünyada elektron kommersiya sahəsi üzrə yenilikdir" - Badcarin belə hesab edir: "Əgər Amazon hətta yarım milyon nümunəni sata bilsə, şirkət alıcı istəkləri barədə daha dəqiq məlumatlar əldə edəcək. Sonra isə bu məlumatlardan Amazon xidmətini mobil telefonlar və stolüstü kompüterlərdə təkmilləşdirmək üçün istifadə ediləcək ". 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı