Kəllənin trepanasiyasını həyata keçirə bilən ilk robot-cərrah təqdim edilib May 01, 2018 | 05:40 / Texnoloji yeniliklər

Beyində əməliyyat aparmaq üçün ona giriş əldə etmək, yəni kəllə qutusunda dəlik açmaq lazımdır. Bu zaman böyük dəqiqlik tələb olunur ki, bu da bir çox neyrocərrah üçün çətin məsələdir.

Kəllə qutusunda yerləşən son dərəcə kövrək strukturları (sinirlər, daxili qulağın reseptorları və başqa anatomik strukturlar) qəti zədələmək olmaz. Dəlik açma zamanı qəlpələr onları zədələyə bilər, həm də qan endoskopun təsvirini bulandıra bilər. Niderland Krallığının Eyndhoven Texnologiya Universitetinin alimləri kəllənin trepanasiyasını (sümüyü deşmə əməliyyatı) inanılmaz dəqiqliklə həyata keçirə bilən ilk robot-cərrah yaradıblar.

hi-news.ru saytının məlumatına görə, “RoBoSculpt” adlandırılmış yeni robot yaxın 5 ildə insan üzərində əməliyyat aparmağa tam hazır olacaq. Operator cərrah kompüter tomoqrafiyasının skanında beyinin giriş sahəsini göstərdikdən sonra bütün işi robot həyata keçirəcək. İlk texniki sınaqlar artıq uğurla başa çatdırılıb və cari ildə ilk kliniki testlərə start veriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı