Müasir İKT yenilikləri haqqında məruzə təqdim olundu May 01, 2018 | 05:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarının növbəti iclasında müasir İKT yeniliklərinə dair məruzə dinlənildi. Yeni texnoloji məhsullar haqqında məlumat verən institutun baş mütəxəssisi Oqtay Ələkbərov “Panasonic” şirkətinin təqdim etdiyi meqafonabənzər “Megaphonyaku” çoxdilli tərcümə xidməti haqqında məlumat verdi. Onlayn və oflayn rejimlərdə işləyən tərcüməçinin ictimai yerlərdə yapon dilindən ingilis, çin və koreya dillərinə avtomatik tərcümə məqsədilə istifadə olunduğunu söyləyən məruzəçi bu tərcüməçinin 300 cümlə və 1800 ifadəni əhatə etdiyini diqqətə çatdırdı.  

Sonra O.Ələkbərov “Waverly labs” şirkətinin təqdim etdiyi pilot sinxron tərcümə qulaqcığı barədə danışdı. Bildirdi ki, bu qulaqcığa malik olan, ingilis, fransız, italyan, portuqal, ispan dillərində danışan hər kəs pilot proqramı mobil telefonuna yükləməklə söhbətə qoşularaq bir-biri ilə ünsiyyət qura bilər. Hazırda ilkin satış mərhələsində olan qurğunun qiyməti 250 dollar təşkil edir.

O, həmçinin insanın arterial təzyiqi, ürək döyüntüləri, bədən temperaturu, qanın oksigenlə təmin olunması miqdarını ölçərək smartfona məlumatlar ötürən “Scanadu Scout” qurğusu, hiper-marketlərin kassa bölmələrində mövcud olan uzun növbələrin qarşısını almaq üçün hazırlanmış və müştərilərə ərzaqları paketlənmiş halda təqdim edən “ağıllı” səbətlər,  “Sion” şirkətinin günəş enerjisi ilə işləyən avtomobilləri, eləcə də avtomobillərin işləklik səviyyəsini vəziyyətini monitorinq edən “Drivebot” modulu haqqında ətraflı məlumat verdi.

Məruzə tədbir iştirakçılarının böyük marağına səbəb oldu. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı