Dünyanı real zamanda izləmək üçün orbital şəbəkə yaradılır Aprel 24, 2018 | 03:00 / Texnoloji yeniliklər

Yeni “EarthNow” şirkəti orbitdən dünyanın istənilən nöqtəsinin şəklini çəkmək və saniyələr ərzində onun videosunu təqdim etmək imkanına malik olacaq. Başqa sözlə, planetin istənilən nöqtəsində real zamanda nə baş verdiyini faktiki olaraq izləmək mümkün olacaq. Şirkətin investorları arasında “AirBus”, “SoftBank Group” şirkətləri, peyk əlaqəsi sahəsində veteran Qreq Vayler, eləcə də Bil Qeyts yer alır.

Şirkət nümayəndələrinin bildirdiyinə görə, vəsaitlər ilk növbədə, real zamanda Yer kürəsini müşahidə etmək üçün innovativ və unikal xidmət təminatı üzrə sistemin layihəsinin təkmilləşdirilməsinə yönəldilib.

popmech.ru saytının məlumatına əsasən, Qreq Vaylerin “OneWeb” şirkəti artıq siqnalın ötürülməsi zamanı son dərəcə aşağı ləngiməyə malik peykləri kosmosa buraxıb. Onun hədəfi isə artıq 2020-ci ilə genişzolaqlı formatda peyklərin tam şəbəkəsinin yaradılmasıdır. “EarthNow” şirkəti “OneWeb”in texnologiyasının təkmilləşdirilmiş versiyasından istifadə edəcək. 

Ekspertlərin qiymətləndirməsinə əsasən, sistemin ümumi dəyəri təxminən bir milyard dollar təşkil edəcək. Şirkətin əsas məqsədi öz xidmətlərini dövlətlərə və əyləncə xidmətləri sahəsində ixtisaslaşan şirkətlərə təqdim etməkdir.

Şirkət, həmçinin sistemin digər imkanlarını da nəzərdən keçirir. O, meşə yanğınları başladığı anda xəbərdar etmək, vulkan püskürmələrini ilk vaxtdan müşahidə etmək, media vasitələrinə bütün dünyadan hadisələri işıqlandırmağa kömək etmək, balinaların köçünü izləmək, “ağıllı şəhərlərə” daha effektiv olmağa kömək etmək, bütün planet üzrə münaqişə zonalarını müşahidə etmək və s. xidmətlər göstərəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı