2030-cu ilədək dünyanı dəyişdirəcək texnologiya təqdim ediləcək Aprel 24, 2018 | 09:49 / Maraqlı məlumatlar

Beşinci nəsil şəbəkəsinin kommersiya istismarı 2020-ci ilə planlaşdırılıb. Lakin Finlandiyanın Oulu Universiteti artıq 6G texnologiyası üzərində işlərə başlayıb. Universitet rəhbərliyi altıncı nəsil şəbəkəsindən istifadə perspektivlərinin öyrənilməsi üçün nəzərdə tutulmuş “6Genesis” tədqiqat proqramının maliyyələşdirilməsini elan edib.

4pda.ru saytının məlumatına görə, tədqiqata rəhbərlik edən Matti Latva-axo bildirib ki, hər 10 ildə yeni nəsil mobil şəbəkə istifadəyə verilir. Məsələn, 2030-cu ilədək 6G texnologiyasının istifadəyə verilməsi gözlənilir. Layihə müəllifləri 6G mobil şəbəkəsinin istifadəsi nəticəsində dünyanın necə dəyişəcəyini əks etdirən çarx hazırlayıblar.

Mütəxəssislərin fikrincə, 2030-cu ilədək bizi əlavə reallıq və süni intellekt texnologiyaları əhatə edəcək. İnterfeys smartfonlarda deyil, birbaşa əlimizdə holoqram şəklində əks olunacaq. İstifadəçinin sağlamlığının izlənilməsinə daha çox diqqət yetiriləcək. Məsələn, hətta geyim orqanizmin həyat fəaliyyəti göstəricilərinə nəzarət edə biləcək. Şəhərlər qabaqcıl texnologiyaların köməyilə sakinlərin rahatlığı və təhlükəsizliyini təmin edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı