Süni xal xərçəng xəstəliyi barədə xəbərdarlıq edəcək Aprel 23, 2018 | 11:00 / Texnoloji yeniliklər

İsveçrə alimləri xərçəng xəstəliyinin dörd ən geniş yayılmış növünün (prostat vəzi, süd vəzi, ağciyər və bağırsaq xərçəngi) aşkarlanmasına imkan verən süni indikator yaradıblar. Dərinin implantasiya edilmiş sahəsi süni xalı insanda xəstəlik əlamətləri yaranan zaman formalaşdırmağa başlayır. 

Naukatv” saytının məlumatına görə, süni dəri modifikasiya edilmiş hüceyrələrdən yaradılıb və xəstənin orqanizminə implantasiya olunur. Xalın formalaşması melaninin əldə edilməsi üçün lazım olan kalsium miqdarının artması ilə aktivləşir, qanda kalsium miqdarının çox olması isə bir sıra xərçəng növlərinin erkən mərhələsində baş verir. Alimlər qeyd edir ki, iri xallar minlərlə insan həyatını xilas edə biləcək xəbərdarlıq əlamətləridir.

Heyvanlar arasında aparılan uğurlu sınaqlar testin beş ildən sonra insanlar üzərində keçiriləcəyinə, on il sonra isə bu texnologiyanın geniş yayılacağına böyük ümidlər yaradır. Xərçəngin tez aşkarlanması həyati əhəmiyyət kəsb edir: erkən mərhələdə aşkarlanan süd vəzi xərçəngi olan qadınların 90 faizindən çoxu növbəti beş il ərzində yaşayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı