İnstitutun əməkdaşları “Ada mirası: informatikada qadınlar” mövzusunda keçirilən tədbirdə iştirak ediblər Aprel 23, 2018 | 12:00 / Mühüm hadisələr

21 aprel 2018-ci il tarixdə ADA Universitetində Hesablama Maşınları üzrə Assosiasiyanın (ACM) Azərbaycan Bölməsi və ADA Universitetinin ACM Tələbə Bölməsinin təşkilatçılığı və “ACM-W Avropa”nın dəstəyi ilə “Ada mirası: informatikada qadınlar” mövzusunda III ACM tədbiri keçirilib.

İlk kompüter proqramçısı hesab olunan ingilis riyaziyyatçısı Ada Lavleysin adı ilə bağlı olan tədbir artıq üçüncü ildir keçirilir. Tədbirin məqsədi texniki sahələrdə təhsil alan və ya işləyən xanımları bir araya gətirərək beynəlxalq “WomENcourage 2018” konfransında iştirak etməyə həvəsləndirməkdir. 2016-cı ildə keçirilən ilk tədbirdən sonra 5 azərbaycanlı tələbə səfər təqaüdü qazanaraq ilk dəfə bu beynəlxalq konfransda iştirak edib, ötən il isə bu say artıq 7 nəfərə çatıb.

Bu il “Ada mirası”nın qonağı qlobal ACM-W təşkilatının sədr müavini, Bilkent Universitetinin müəllimi Reyyan Ayfer olub. Bununla yanaşı, Barselonada ötən il keçirilən “WomENcourage” konfransında iştirak etmiş tələbələr öz təcrübələrini bölüşüblər. Həmçinin informatikanın tədrisi istiqamətində “Kod Saatı”, “Bebras” müsabiqəsi və “LEGO” robotlarının istifadəsi barədə çıxışlar olub. Daha sonra konfrans üçün təqdim olunan tədqiqat işləri qiymətləndirilib və məruzəçilərə tövsiyələr verilib.

Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova rəyçilər panelinin üzvü qismində iştirak edərək təklif və tövsiyələrini səsləndirib. Həmçinin institutun doktorantı Günay İskəndərli “E-dövlət mühitində terrorizmlə bağlı mətnlərin aşkarlanması metodu” adlı məruzə ilə çıxış edib, institutun magistrantı Şəlalə Mansurova isə dinləyici kimi iştirak edib.

Tədbirin sonunda iştirakçılara sertifikat təqdim olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı