Dronların aşağı hündürlükdə uçuşları üçün təhlükəsizlik qaydaları hazırlanacaq Aprel 13, 2018 | 11:00 / Maraqlı məlumatlar

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) pilotsuz uçan aparatların aşağı hündürlükdə təhlükəsiz uçuşlarının həyata keçirilməsi üçün ümumi qaydalar hazırlayacaq.

belta.by saytının məlumatında deyilir: “Dronlardan kütləvi istifadə yaxın vaxtlarda reallığa çevriləcək. Onlardan istifadənin təhlükəsiz və effektiv olması üçün “ICAO” milli pilotsuz aviasiya sistemlərinin aşağı hündürlükdə hava hərəkətinin təşkili üzrə təlimat materialının hazırlanması üçün lazım olan məsləhətləşmələrə başlayıb”.

Məlumata görə, 2018-ci ilin sentyabrında Çinin Çendu şəhərində təşkilatın himayəsi altında konfransın təşkili gözlənilir. “Konfransda əsas diqqət ekspert və ixtiraçılarla birlikdə pilotsuz aviasiya sistemlərinin aşağı hündürlüklərinin inkişafının qlobal koordinasiyasını təmin etmək və hava hərəkətinin təşkili sisteminin mövcud standart hava hərəkəti sistemlərinə təhlükəsiz inteqrasiyası üçün yeni həllərin öyrənilməsinə yetiriləcək”, - “ICAO” nümayəndələri bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı