İnstitut əməkdaşları Qubada keçirilmiş konfransda iştirak ediblər Aprel 11, 2018 | 05:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov və institutun sektor müdiri Oqtay Ələkbərov 6 aprel 2018-ci il tarixində Azərbaycanlıların Soyqırımının 100-cü ildönümü ilə əlaqədar ölkəmizdə keçirilən silsilə tədbirlərə uyğun olaraq “Azərbaycanlıların soyqırımı - 100 il” mövzusunda keçirilmiş elmi-praktik konfransda iştirak ediblər.

Ziyarətçilər ilk növbədə, erməni vəhşiliyinin əyani sübutu olan kütləvi məzarlığa baş çəkərək faciə qurbanlarının məzarlarını ziyarət ediblər. Sonra memorial muzey kompleksinə baş çəkən ziyarətçilər burada soyqırıma dair sənədli eksponatlarla tanış olublar.

Daha sonra Quba Soyqırımı Memorial Kompleksində Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə respublikanın gənc alim və tədqiqatçılarının iştirakı ilə konfrans öz işinə başlayıb.

Soyqırımı qurbanları və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunduqdan sonra FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov ermənilərin tarix boyu Azərbaycan xalqının başına gətirdiyi qanlı müsibətlərə geniş nəzər salıb. Həmçinin, soyqırımı qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi və xalqın milli yaddaşının bərpası və tarixi həqiqətlərin aşkarlanması sahəsində ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin həyata keçirdiyi işlərdən ətraflı söz açıb.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək XX əsrdə baş verən ən dəhşətli faciələrdən biri kimi tariximizə həkk olunmuş “31 mart - Azərbaycanlıların Soyqırımı Günü”nün miqyası və coğrafiyası baxımından bu faciələrin içində ən amansızı, Qubada olan məzarlığın soydaşlarımızın başına gətirilən müsibətin əyani təzahürü olduğunu bildirib.

FHN Aparatı Katibliyinin rəis müavini Ziya Hacılı “Azərbaycan xalqının milli yaddaşının qorunması və tarixi gərçəkliyin bərpasında 1918-ci il soyqırımı hadisələrinin tarixi-siyasi əhəmiyyətinin təhlili” mövzusunda məruzə ilə çıxış edərək soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin Azərbaycan xalqının qan yaddaşının bərpa olunması baxımından əhəmiyyəti rol oynadığını qeyd edib.

Sonra konfrans 1918-ci il soyqırımı hadisələri və erməni vandalizmi haqqında geniş çıxışlar ilə öz işini davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı