Yaddaşı gücləndirən neyroimplantatın sınaqları keçirilib Aprel 12, 2018 | 09:32 / Texnoloji yeniliklər

ABŞ alim və neyrobioloqları beyinin elektromaqnit aktivliyini qeydə alan, emal edən və canlandıran neyroimplantat vasitəsilə qısamüddətli yaddaşı 35 faiz yaxşılaşdırmağın mümkünlüyünü sübut ediblər.

popmech.ru saytının məlumatına görə, tədqiqat işi ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat Layihələri Agentliyi (Defense Advanced Research Projects Agency – DARPA) tərəfindən maliyyələşdirilir. Neyroimplantat beyinin elektromaqnit aktivliyini tanıyır, yaddaşdan xatirələrin düzgün çıxarılması ilə müşayiət olunan nümunələri ayırır və onları canlandıraraq ayrı-ayrı neyron qruplarını zəif elektrik impulsları ilə stimullaşdırır.

Tədqiqatda epilepsiya diaqnozlu və xəstəliklə əlaqədar qısamüddətli yaddaşını itirən 15 nəfər iştirak edib. Neyroimplantat digər əməliyyat aparılan zaman onların beyninə daxil edilib. Hippokampa (Limbik sistemin bir hissəsi olmaqla, məlumatın saxlanılmasında böyük rol oynayır) yerləşdirilən implantatlar eksperiment iştirakçılarının qısamüddətli yaddaşını orta hesabla 35 faiz yaxşılaşdırıb.

Tədqiqat müəlliflərindən biri olan Robert Hempson bundan əvvəl heyvanlar üzərində uğurlu eksperimentlərin keçirildiyini bildirərək, neyroimplantatın insanlar üzərində bu dərəcədə effektiv işləməsinə təəccübləndiyini gizlətməyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı