Dissertasiya işlərinin ilkin avtomatlaşdırılmış ekspertizasına dair araşdırmalar aparılıb İyun 24, 2014 | 11:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Rəhilə Həsənova institutun elmi seminarında "Dissertasiya işlərinin ilkin avtomatlaşdırılmış ekspertizası" mövzusunda məruzə etdi. 

Məruzəçi bildirdi ki, dissertasiya – müdafiəyə təqdim olunan fərdi şəkildə yazılmış, yeni elmi nəticələrin və müəllifin elmə verdiyi şəxsi töhfəsini sübut edən elmi işdir. Elmi işlərin yazılmasına dair beynəlxalq təcrübədən söz açan R.Həsənova doktoranturaya qəbul zamanı doktorant-elmi rəhbər münasibətləri, dissertasiya yazılarkən məsələnin qoyuluşu, tədqiqat metodologiyası, nəticələrin analizi və s. diqqətə çatdırdı. Həmçinin dissertasiyaya qoyulan tələblər, mətnlərin təsviri və metrikanın seçilməsi, təklif olunan alqoritmlər və s. məsələlərdən danışdı. 

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı