Bu gün "İnternetin atası"nın 71 yaşı tamam olur İyun 23, 2014 | 02:00 / Texnoloji yeniliklər

Hesablama sistemləri sahəsində tanınmış amerikalı alim Vinton Qrey Serf 1943-cü il iyunun 23-də Amerikanın Nyu-Heyven şəhərində anadan olub. 

Serf orta məktəbi Los-Ancelesde başa vurduqdan sonra Stenford universitetinə daxil olmuş və 1965-ci ildə burada riyaziyyat üzrə bakalavr dərəcəsini almışdır. Bundan sonra "IBM" şirkətində təcrübi fəaliyyətə başlamış, "QUIKTRAN" proqramlaşdırma dilinin hazırlanmasında iştirak etmişdir. 2 il sonra isə şirkəti tərk edərək Kaliforniya universitetinə daxil olmuşdur. O, 1970-ci ildə bu ali məktəbdə informatika üzrə magistr, 1972-ci ildə isə fəlsəfə doktoru adını almışdır. Sonra isə 4 il Stenford universitetinin dosenti kimi fəaliyyət göstərmişdir. 

Qeyd edək ki, Serf "əfsanəvi" TCC/IP protokolunun yaradıcılarından biridir. 2004-cü ildə məşhur "Türinq" mükafatına layiq görülmüş alim həm də bütün dünyada "İnternetin atası" kimi tanınır. Hazırda o, ACM-in (Association for Computing Machinery - Hesablama Texnikası Assosiasiyası) prezidenti vəzifəsini icra edir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı