Süni intellekt ölümü proqnozlaşdıracaq Aprel 05, 2018 | 04:11 / Texnoloji yeniliklər

Rusiyanın Moskva Fizika və Texnologiya İnstitutunun alimlər qrupu “Gero” şirkətindən olan həmkarları ilə birlikdə insanın bioloji yaşını müəyyənləşdirərək onun mümkün ölümünü proqnozlaşdıran süni intellekt sistemi yaradıb.

hi-news.ru saytının məlumatına görə, süni intellekt insan sağlamlığının müxtəlif göstəricilərinə əsaslanaraq proqnozlar verir. İnformasiyanın toplanması fitnes-treker qurğusuna bənzər xüsusi cihaz vasitəsilə həyata keçirilir. Yeni qurğu nəbz, təzyiq və qət edilən məsafə barədə məlumatlarla yanaşı, süni intellekt sistemi əsasında bioloji yaşı hesablayır. Qabaqcıl neyron şəbəkə insanın bütün daxili orqanlarının yaşını müəyyənləşdirir, funksional vəziyyəti öyrənir və onu lazımi yaş qrupunun göstəriciləri ilə müqayisə edir.

“Biz süni intellektin sınaqda iştirak edənlərin bioloji yaşını və mümkün ölüm vaxtını qiymətləndirməyə imkan verdiyini sübut etməyə nail olduq. Düzgün nəticələr üçün tibbi analizlər tələb olunmur: bunun üçün treker tərəfindən insanın hərəkəti barədə qeydə alınan məlumatlar yetərlidir. Biz insan orqanizminin ümumi vəziyyətini qiymətləndirməyə və insan analiz verməmişdən əvvəl risk səviyyəsinin dəyişikliklərini izləməyə kömək edəcək monitorinq aləti yaratmaq üçün bu texnologiyanın imkanlarından istifadə etdik. Pasport və bioloji yaş arasında fərq sağlamlıq vəziyyətinin yaxşılaşdırılması üçün siqnal olacaq. Yəni yeni qurğu yaxınlaşan ölümü proqnozlaşdırmaqla yanaşı, onu təxirə sala biləcək”, – deyə layihə müəllifi Pyotr Fediçev bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı