NASA Marsın tədqiqi üçün robot-arılar hazırlayır Aprel 05, 2018 | 03:00 / Maraqlı məlumatlar

Hazırda Marsa kəşfiyyat aparatları səyahət missiyasının öhdəsindən müvəffəqiyyətlə gəlir. Lakin ABŞ-ın aerokosmik agentliyi NASA-nın əməkdaşları “mars arıları” adlandırdıqları qeyri-adi robot-arıları bu məqsədlə istifadə etməyi daha məqsədəuyğun hesab edirlər.

Şirkət nümayəndələrindən biri Çanq-Kvon Kanın sözlərinə görə, bu robotlar cırcıramalar kimi qanadlarda uçmaq imkanına malik olacaqlar. Qanadların beş santimetrə qədər açılması robotlara çətinliklə gedilə bilən yerlərə uçmaqla bərabər, ətraf mühitin fiksasiya olunması üçün havada uzun müddət dayanmağa imkan verəcək. Robotlara atmosferin, həmçinin torpağın analizi üçün müxtəlif tənzimləyicilər, foto və videoqeyd üçün vasitələr quraşdırılacaq. “Mars arıları” informasiyanı Marsda gəzən aparata yükləyəcək, bu aparat isə, onları Yer kürəsinə yönləndirəcək.

hi-news.ru saytının məlumatına görə, NASA əməkdaşları tədqiqatlar zamanı miniatür yer robotlarının yaradılması təcrübəsinə malik olan yapon mühəndislər ilə əməkdaşlıq edəcəklər. Mütəxəssislər birgə səylə robotların konstruksiyasının olduqca sadə, eyni zamanda etibarlı olmasına nail olmaq istəyirlər. Əslində “Mars arıları”nın yaradılması arzusu heç də təsadüfi deyil. Belə ki, Marsda atmosfer təzyiqi Yer planetindən bir neçə dəfə aşağıdır. Bu isə, öz növbəsində dron kimi böyük uçuş aparatları və kiçik vertolyotların Qırmızı planetin hava şərtlərinə uyğunlaşa bilməməsinə səbəb olur. Ona görə də, aparat nə qədər kiçik olarsa, uçuş zamanı daha rahatlıqla hərəkət edə biləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı