Sinqapur biometrik texnologiyaların tətbiqi sahəsində dünya lideridir Aprel 04, 2018 | 12:28 / Maraqlı məlumatlar

“Maliyyə xidmətləri sahəsində liderlər” adlı beynəlxalq tədqiqatın nəticələrinə görə, Sinqapur maliyyə xidmətləri sektorunda biometrik texnologiyaların (müştərilərin şəxsiyyətinin barmaq izinə görə müəyyənləşdirilməsi) tətbiqi sahəsində dünya lideridir. Sorğuda Sinqapur, Çin, Böyük Britaniya və ABŞ-dan olan 315 şirkət iştirak edib.

biometrics.ru saytının bildirdiyinə görə, Sinqapurun maliyyə şirkətlərinin 61 %-dən çoxu müştərilərin barmaq izlərini nəzərə alan ikifaktorlu eyniləşdirmədən istifadə edir. Çin bu texnologiyanın yayılma dərəcəsinə görə 2-ci yeri tutub (57%). Biometrik texnologiyalardan istifadə Avstraliyada 50%, Böyük Britaniyada  40%, ABŞ-da isə 37% təşkil edib.

Tədqiqatlar göstərib ki, müştərilərin biometrik eyniləşdirilməsi texnologiyası bütün dünyanın maliyyə şirkətləri arasında geniş yayılıb, lakin bu sahədə birincilik Sinqapura məxsusdur.

Mütəxəssislər bildiriblər ki, Sinqapur qabaqcıl biometrik texnologiyaların tətbiqində liderlik etsə də,  bu ölkədə fəaliyyət göstərən bütün şirkətlər rəqabətə davam gətirmək və müştərilərin tələblərinə cavab vermək üçün biometriyaya əsaslanan innovativ həlləri daha fəal şəkildə tətbiq etməyə davam etməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı