23 iyun - görkəmli ingilis riyaziyyatçısının anadan olduğu gündür İyun 23, 2014 | 12:00 / Texnoloji yeniliklər

Görkəmli ingilis riyaziyyatçısı və kriptoqraf Alan Metison Türinq 1912-ci il iyunun 23-də Londonda (Böyük Britaniya) anadan olub. İnformatika elminin inkişafına böyük töhfələr vermiş və bu il 102 yaşı tamam olan A.Türinq süni intellekt nəzəriyyəsinin banisi hesab olunur. 

Alim kompüter texnikası tarixinə abstrakt hesablama “Türinq maşını”, Türinq testi və s. kəşfləri ilə daxil olub. Onu müasir proqramlaşdırmanın ilk nəzəriyyəçisi və ən nəhayət, dünyada ilk haker hesab edirlər. Yeri gəlmişkən, Türinqin “hakerlik fəaliyyəti”nin sovet qoşunlarının faşizm üzərində qələbəsində böyük rolu olub. Onun Üçüncü Reyxin kriptogöndərişlərinin şifrəsinin açılmasında böyük xidmətləri olub. 

İnformatika sahəsi üzrə dünyada ən nüfuzlu mükafat Türinqin şərəfinə adlandırılıb. 

A.Türinq 1954-cü il iyunun 7-də 42 yaşında vəfat edib. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı