İnsanın mimikasını təkrarlayan robot yaradılıb Mart 27, 2018 | 10:39 / Texnoloji yeniliklər

Kembric Universitetinin professoru Piter Robinson insanın mimikasını tanıyan və təkrarlayan robot yaradıb. “Çarlz” adlı robot Kembric Universitetinin Texnologiyalar və kompüter elmləri bölməsinin proqramının bir hissəsidir. Əməkdaşlar insanlarla robotların qarşılıqlı əlaqəsinin müxtəlif üsullarını araşdırırlar. Onlar robotun cavablarında emosiyaların mövcudluğunun ünsiyyətin daha yaxşı alınmasına imkan yaradacağını düşünürlər.

“Biz kompüterlərə sosial siqnalları, üz ifadəsi, səsin tonu və jestləri anlamaq qabiliyyəti vermək niyyətində idik. Düşündük ki, robotun cavablarında daha çox emosiya olarsa, insanlar onunla daha çox qarşılıqlı əlaqədə olacaqlar”, – deyə professor bildirib.

naked-science.ru saytının məlumatına görə, Çarlz onun üz əzələlərini idarə edən 24 motora malikdir. Robot qaş, ağız, çənə və üzünün digər hissələrini hərəkət etdirir. Siqnal videokameradakı məlumatları analiz edən proqram təminatının quraşdırıldığı kompüterdən daxil olur. Kamera insanın sifətini çəkir və şəkili kompüterə göndərir. Bütün proses 3 saniyə ərzində baş verir.

Professor Robinson robotun daha da təkmilləşdirilməsinin vacib olduğunu qeyd edib: “Çarlz insana çox bənzəyir. Lakin mexaniki motorlar əsl əzələlərlə rəqabət apara bilmir. Üz ifadəsinə nəzarət edən proqramlarımız hələ ki, idealdan uzaqdır. Həmçinin analitik proqram təminatı mükəmməl olmadığından mimika qeyri-təbii görünür”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı