Avropada ilk “ağıllı” otel fəaliyyətə başlayıb Mart 14, 2018 | 02:20 / Maraqlı məlumatlar

Avropada ilk “ağıllı” otel Macarıstanın paytaxtı Budapeştdə fəaliyyətə başlayıb. Qeyri-adi dördulduzlu mehmanxanada 40 otaq müştərilərin ixtiyarına verilib.

actualnews.org saytının məlumatına görə, oteldə rahatlıqla yaşamaq üçün smartfona xüsusi proqram yükləmək lazımdır. Müştəri proqram vasitəsilə otaq bron edə, personalı çağıra, taksi sifariş edə və kondisionerin rejimlərini tənzimləyə bilər. Smartfondan, həmçinin otağa daxil olmaq üçün açar kimi istifadə etmək olar. “TMRWHotels” adlı proqram vasitəsilə istənilən zaman personalla ünsiyyət saxlamaq mümkündür.

Layihə müəllifləri bütün Avropa ərazisində fəaliyyət göstərən otellərin sahiblərinin istifadə edə biləcəkləri İT-layihə hazırlamaq niyyətindədirlər. Lakin bu qeyri-adi ideyanın reallaşdırılması üçün nə qədər vaxtın lazım olacağı məlum deyil.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı