Smartfonlar fərdi kompüterləri əvəz edəcək? İyun 20, 2014 | 11:00 / Texnoloji yeniliklər

"IDC" analitik şirkətinin proqnozlarına əsasən, smartfonlar yaxın 5 il ərzində ağıllı qadcetlərin ən dinamik inkişaf edən növü olacaq. 

pitbit.ru saytının məlumatına görə, 2014-cü ildə dünyada 1,8 milyon smartfon satılacaq. Cəmi 4 il sonra - 2018-ci ildə isə bu göstərici 2,4 milyarda çatacaq. Bu səbəbdən bir çox istifadəçilər üçün mobil telefon kompüteri tamamilə əvəz edəcək. İnsanlar tez bir zamanda nəqliyyat cədvəli və hava proqnozları ilə tanış ola biləcək, lazımi məlumatları smartfonlar vasitəsilə əldə edəcəklər. 

Smartfonların payının son göstəriciləri 2018-ci ildə bu qurğuların bazarda 74,1% təşkil edəcəyini bir daha təsdiq edir. Müqayisə üçün qeyd edək ki, planşetlər və digər müxtəlif qurğular bazarın 14,1, noutbuklar 6,9, stolüstü kompüterlər isə 4,9%-ni tutacaq. Beləliklə, illərdir çox məşhur olan netbuklar bazardan praktiki olaraq tamamilə gedəcək. 

Netbukların bazar payının azalması tendensiyaları artıq 2013-cü ildən aydın hiss olunmağa başlamışdı. Bir sıra istehsalçıların araşdırmalarına görə, hələ ötən il noutbuk və fərdi kompüterlərin satış həcmləri tədricən enməyə başlanışdı. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı