Dünyaca məşhur fizik Stiven Hokinq 76 yaşında dünyasını dəyişib Mart 14, 2018 | 11:30 / Mühüm hadisələr

Böyük Britaniyanın tanınmış fizik-nəzəriyyəçisi Stiven Hokinq ömrünün 77-ci ilində dünyasını dəyişib.

1963-cü ildə həkimlər Hokinqə yan amiotrofik skleroz diaqnozu qoyublar. Mütəxəssislər hesab edib ki, onun yalnız iki il yarım ömrü qalıb. Lakin fizik bütün proqnozların əksinə, aktiv həyat sürməyə və elmi dairələrdə məşhurluq qazanmağa davam edib. O, kvant kosmologiyasının banilərindən biri, qara dəlik haqqında mülahizələrin müəllifidir.

hi-news.ru  saytının məlumatına görə, S.Hokinqin xəstəliyi həkimlərin güman etdiyi kimi sürətli irəliləmədiyinə görə, o, fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulmuş arabadan yalnız 60-cı illərin sonlarında istifadə etmək məcburiyyətində qalıb. 1985-ci S.Hokinq ağırlaşmış sətəlcəm keçirib, buna görə də danışmaq qabiliyyətindən məhrum olub. Sonralar onun nitqi funksiyasını barmaqları ilə idarə etdiyi danışıq sintezatoru yerinə yetirib. Alim tamamilə iflic olduqdan sonra onun yeganə işlək qalmış üz əzələlərindən birinə kompüter sistemi ilə qarşılıqlı əlaqədə olmağına imkan verən tənzimləyici bərkidilib. “Intel” şirkəti kompüterin son versiyasını Hokinq üçün xüsusi olaraq hazırlayıb.

Hokinq 2007-ci ildə xüsusi təyyarənin içində çəkisizlikdə uçuş edib. Fizik hər zaman kosmosa yola düşməyi arzu edib və bunu 2009-cu ildə etməyi planlaşdırıb. Lakin uçuş onun sağlamlıq vəziyyəti daxil olmaqla bir neçə səbəbə görə baş tutmayıb.

Hokinq dünyada “Zamanın qısa tarixi” adlı kitabı sayəsində məşhur olub. 12 ali dərəcəyə malik olan alim Britaniya Elmi Kral Cəmiyyətinin və ABŞ Elmlər Akademiyasının üzvü olub. Onun elmi xidmətləri və kəşfləri çoxsaylı mükafatlara layiq görülüb. Alim tez-tez məruzələrlə çıxış edib, universitetlərdə dərs deyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı