"Amazon" şirkəti 3D ekranlı smartfonu nümayiş etdirib İyun 19, 2014 | 11:00 / Texnoloji yeniliklər

“Amazon” şirkəti ABŞ-da 3D ekranlı “Fire Phone” smartfonunun sifarişlərinə start verib. 

Şirkətin baş direktoru Cef Bezos ilk smartfonu Sietl şəhərində nümayiş etdirib. İstifadəçinin üçölçülü təsvirləri eynəksiz görmək imkanına malik olması qurğunun əsas özəlliyidir. Bundan əvvəl “HTC şirkəti “Evo 3D” modelini satışa çıxarmışdı, lakin bu cihaz istifadəçilərin rəğbətini qazana bilməmişdi. “Fire Phone”da isə istiqamətin izlənilməsi hesabına 3D effektini gücləndirən “Dynamic Perspective” texnologiyası tətbiq edilib. 

Bezos 3D ekranın alış-veriş üçün tətbiqini nümayiş etdirib. İstifadəçi ekrana toxunmadan, telefonu sadəcə lazımi istiqamətdə əyərək menyu punktlarını aça bilər. 

hitech.newsru.com saytının məlumatına görə, “Amazon” şirkəti “Fire Phone” alıcılarına şəkillərin saxlanılması üçün “Amazon Cloud” “bulud” xidmətində limitsiz həcm təklif edir. Yeni qurğuda kameranın təsvir ölçüsü 13 meqapiksel təşkil edir. 

“Firefly” klavişinə sıxdıqda smartfon onun kamerasının obyektivinə düşən jurnal, QR kod, telefon nömrəsi və ya televiziya verilişinin şəklini çəkir, onları təyin etməyə çalışır və “Amazon” internet mağazasında elektron analoqunu satın almağı təklif edir. 

O, həmçinin fon səsləri arasında mahnı və verilişləri ayırd edə bilir və onları satın almaq imkanı yaradır. Qurğudakı video və audiokontent “Amazon Fire TV” media əlavəsi, “Xbox” və “Playstation” oyun konsolları kimi başqa qurğulara ötürülə bilər. 

“Fire Phone” smartfonunun ön və arxa paneli cızıqlara dayanıqlı “Gorilla Glass” şüşəsi, 4.7 düymlük HD ekran, 2,2 QHs takt tezlikli dördnüvəli “Snapdragon 800” prosessoru ilə təchiz edilib. Qurğu 2 QB əməli yaddaşa malikdir. 

32 QB-lıq daxili yaddaşa malik versiyanın qiyməti 650 dollar, 64 QB-lıq versiyada isə 750 dollar təşkil edir. Yeni qurğu iyulun 25-dən satışa çıxarılacaq. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı