İstənilən səsi bir neçə saniyə ərzində təqlid edən sistem hazırlanıb Mart 05, 2018 | 12:44 / Texnoloji yeniliklər

Çinin “Baidu” şirkəti insan səsini bütün analoqlarından daha yaxşı və sürətli təqlid edən neyron şəbəkəsini təqdim edib. O, zəruri olduqda səsə lazımi aksent və çalarlar əlavə edərək, onu “klonlaşdırır”. Yeni sistemin əsas xüsusiyyəti akustik məlumatları yüksək sürətlə analiz edə bilməsidir.

techcult.ru saytının məlumatına görə, 2017-ci ildə bu sistemin sələfi təqdim edilmişdi. Süni intellektə əsaslanan “Baidu Deep Voice” yeni səsin generasiyası üçün ilk materialın öyrənilməsinə 30 dəqiqə sərf edirdi. “Adobe VoCo” sistemi səsi 20 dəqiqə, Kanada startapı “Lyrebird” 1 dəqiqə, “Baidu”nun yeni texnologiyası isə bir neçə saniyə ərzində təqlid edir.

Bu innovativ texnologiyanın ticarət potensialı olduqca genişdir. Yeni sistemdən sevimli personajın səsi ilə danışan “canlı” elektron köməkçinin, uşağı anasının səsi ilə sakitləşdirən rəqəmsal dayənin və s. yaradılması üçün istifadə etmək olar. O, danışıq qabiliyyətini itirmiş insana ünsiyyət qurmaq imkanı verə bilər.

Lakin bu texnologiyadan məlumatların saxtalaşdırılması və dələduzluq məqsədilə də istifadə edilə bilər. Sifətin və hərəkətlərin klonlaşdırılması və konkret şəxsin “iştirakı” ilə videonun yaradılması artıq mümkündür. Məsələn, biometrik identifikasiya sistemlərindən keçmək üçün görüntüyə səs əlavə etməklə şəxsin optimallaşdırılmış surətini almaq kifayətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı