Xəstəliklərin ani diaqnostikası üçün qurğu yaradılıb Fevral 28, 2018 | 09:36 / Texnoloji yeniliklər

Çinin Quançjou şəhərində yerləşən tibb mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanmış yeni qurğu xəstəliklərə diaqnoz qoymağa imkan verir.

Məlumdur ki, xəstəliklərin vaxtında və düzgün diaqnostikası müalicədə ən vacib mərhələ hesab edilir. Süni intellekt əsasında işləyən tibbi aparatdan istifadə diaqnozun qoyulması zamanı insan amilinin təsirini azaldaraq həkim səhvi riskini minimuma endirəcək.

naked-science.ru məlumatına görə, yeni qurğu uşaqlarda ağciyər iltihabını və ya gözün torlu qişası xəstəliyini asanlıqla müəyyənləşdirir. Alimlər aparatı təkmilləşdirməyi və diaqnoz qoyulan xəstəliklərin siyahısını genişləndirməyi planlaşdırırlar. Çin mühəndisləri əmindirlər ki, onların texnologiyası maksimum dərəcədə sürətli və daha dəqiq diaqnostika hesabına müasir tibbin səmərəliyini yüksəltməyə kömək edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı