Rekord tutuma malik “SSD” yığıcı təqdim olunub Fevral 22, 2018 | 09:20 / Texnoloji yeniliklər

“Samsung” şirkəti rekord tutuma malik “SSD” yığıcısını təqdim edib. Diskin faktiki tutumu 30,72 Tb təşkil edir. 2,5 düymlük standart “kompüter” form-faktoruna aid qurğuya 5700-dən çox “Full HD” keyfiyyətli film yazmaq mümkündür.

hitech.vesti.ru saytının məlumatına görə, yeni qurğu adi istifadəçilər üçün deyil, mexaniki disklərdən daha bərkcisimli, sürətli və səssiz disklərə keçmək istəyən korporativ müştərilər üçün nəzərdə tutulub. “PM1643” modeli 1 Tb tutumlu “NAND” tipli 32 fləş-yaddaş paketindən təşkil edilib. Onların hər biri 512 Gb tutumlu 16 qatlı “V-NAND” çiplərindən ibarətdir.

Supertutumlu disk “Samsung” şirkəti tərəfindən 2016-cı ilin martında hazırlanmış 16 Tb-lıq yığıcıdan iki dəfə tutumludur. Doğrudur, daha sonra “Seagate Technology” şirkəti 60 Tb tutuma malik “SSD” yığıcı təqdim etmişdi. Lakin 3,5 düymlük korpusa malik olan bu model real məhsul deyil, sadəcə texnologiya nümunəsi idi.

“Samsung” şirkətinin “SAS” (Serial Attached SCSI) interfeysinə malik yeni “SSD” yığıcısı ardıcıl oxunuşda 2,1 min Mb/san, yazılmada 1,7 min Mb/san sürət nümayiş etdirir. Müqayisə üçün qeyd edək ki, adi “SATA” interfeysli “SSD” yığıcısında bu göstəricilər təxminən 550 Mb/san təşkil edir. “PM1643” modelinin satışa çıxarılma tarixi və qiyməti barədə məlumat verilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı