Alim öz robot-oxşarını yaradıb Fevral 20, 2018 | 09:30 / Texnoloji yeniliklər

Yaponiyalı alim Hiroşi İşiquro onu ezamiyyə səfərləri zamanı mühazirələrdə əvəz edəcək robot-oxşarını yaradıb. O, xarici görünüşünə görə alimdən fərqlənmir.

news.rambler.ru saytının məlumatına görə, “Geminoid” adlanan robot hissləri sensorlarla idarə olunan mimikalarla ifadə edir və süni intellekt vasitəsilə danışır. Qurğunun təkmilləşdirilməsinə ehtiyac olmasına baxmayaraq, artıq robot tələbələrlə məşğələlərin aparılmasına kömək edir. Müəllif auditoriya ilə robot-oxşara quraşdırılmış videokamera və dinamiklərin köməyilə işləyir.

“Robotu yaratmaqda məqsədim onun məni konkret yerdə əvəz edə bilməsinə nail olmaq idi. Robotu hazırlayarkən ən çətin iş yumşaq və elastik dərini yaratmaq olub. Bu, obrazı orijinala yaxınlaşdırmağa imkan verir. Elektron sxem daim təkmilləşdiriləcək, zaman ötdükcə isə “Geminoid” robotunun xarici görünüşünü dəyişmək lazım olacaq, çünki o, insandan fərqli olaraq qocalmır”, – deyə alim bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı