“Microsoft” görmə məhdudiyyətli insanlar üçün virtual reallıq sistemi hazırlayıb Fevral 19, 2018 | 12:00 / Maraqlı məlumatlar

“Microsoft” şirkətinin mühəndislər qrupu görmə məhdudiyyətli insanlara xüsusi əl ağacının köməyilə virtual reallıq obyektləri ilə qarşılıqlı təsirdə olmağa imkan verən sistem yaradıb.

N+1 saytının məlumatına görə, sistem qısa əl ağacının birləşdirildiyi kəmərə bərkidilən metal mildən ibarətdir. Əl ağacında ağacın vəziyyətini virtual reallıq dəbilqəsi (istehsalçılar HTC Vive dəbilqəsindən istifadə ediblər) ilə müqayisədə izləyən vibromotor və tənzimləyici, milin əsasında  isə onun üfüqi hərəkətini dayandıra bilən əyləc quraşdırılmışdır.

Sistemin işi zamanı əl ağacının virtual versiyası reallığa nisbətən böyük uzunluğa malik olur. Əl ağacı virtual obyektlərlə rastlaşdıqda əyləc işə düşür və istifadəçi vibrasiya hiss edir. Bu halda virtual reallıq eynəyinin qulaqlıqlarında səs eşidilir. Bu isə, müəyyən predmetə toxunduqda çıxan səsə uyğundur. Həmçinin sistem müxtəlif səthlər arasındakı qarşılıqlı təsiri təqlid etmək imkanına malikdir.

İstehsalçıların sözlərinə görə, sistemin sınaqları zamanı doqquz iştirakçıdan səkkizi onu cəmi bir neçə dəqiqə ərzində müvəffəqiyyətlə öyrənə bilib.

Qeyd edək ki, bu, “Microsoft”un görmə məhdudiyyətli insanlar üçün nəzərdə tutulmuş ilk tətbiqi deyil. Şirkət 2015-ci ilin sonunda görmə məhdudiyyətli insanlar üçün “Cities Unlocked” adlı səs naviqatorunun prototipini təqdim etmişdi. Sistem müxtəlif obyektlərin adlarını və onlara qədər olan məsafəni səsləndirə bilir. Həmçinin sistem yolda hər hansı bir maneə yarandıqda istifadəçini xəbərdar edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.


İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı