Smartfon “narkomaniyası” İyun 17, 2014 | 03:00 / Texnoloji yeniliklər

Müasir dövrdə mobil telefonlardan asılılıq problemi getdikcə özünü daha qabarıq şəkildə biruzə verməkdədir. Bu problem xüsusən də gənclərdə daha çox özünü göstərir. Belə ki, müxtəlif nəqliyyat vasitələrində, digər ictimai yerlərdə telefona həddindən artıq aludə olanların sayı durmadan artmaqdadır. Hətta yolu keçərkən belə qulaqcıqlar vasitəsilə yüksək səsdə qoyulmuş musiqiyə qulaq asan yüzlərlə gənc hər gün şəhərin küçələrində müxtəlif təhlükələr yarada, eyni zamanda özləri də faciə qurbanına çevrilə bilərlər. Bundan əlavə, bu kimi amillər yaşlı nəslin nümayəndələrinin də ciddi qınağına səbəb olur ki, bu da saysız-hesabsız mübahisələrə, əsəb pozğunluğuna gətirib çıxarır. 

Sinqapur psixiatrları isə artıq həyəcan təbili çalırlar. Onlar hökumət orqanlarını mobil qurğulardan asılılıq problemini rəsmən tanımağa çağırıblar. Həkimlər smartfon və digər rəqəmsal qurğulara olan hədsiz asılılığı psixi pozğunluq kimi qəbul etməyin zəruriliyini bildiriblər. Mütəxəssislər əvvəllər bu cür asılılığın onlayn-oyunlar zamanı müşahidə olunduğunu, hazırda isə rəqəmsal “narkomaniya”nın sosial servislərdən istifadə ilə əlaqədar olduğunu qeyd edirlər. 

tech.onliner.by saytının məlumatına görə, ekspertlər smartfondan asılılıq əlamətləri qismində növbəti amilləri sadalayıblar: telefonsuz ötüşməyin qeyri-mümkünlüyü, tez-tez heç bir əsas olmadan yeni xəbərlərin daxil olub-olmadığını yoxlamaq, mobil telefondan istifadəyə idarə edilməyəcək dərəcədə həvəs göstərmək. Fiziki əlamət qismində isə iNeck – insan hərəkətdə olanda, növbə gözləyəndə və hətta yolu keçərkən belə başını aşağı əyib telefona baxarkən boyun nahiyəsində yaranan ağrılar göstərilir. 

Sinqapurda cari ilin ikinci yarısında məktəb yaşına çatmamış uşaqlar üçün hətta “kibersağlamlaşdırma” proqramının tətbiqi nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, smartfonlardan asılılıq əksər Asiya ölkələri üçün səciyyəvidir. Misal üçün, Cənubi Koreyada yeniyetmələrin 20%-inin “ağıllı” telefonlara olan aludəçiliyi xəstəlik halını alıb. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı