Robotlar arasında xizək yarışları keçirilib Fevral 14, 2018 | 10:05 / Maraqlı məlumatlar

Hazırda Qış Olimpiya Oyunları keçirilən Cənubi Koreyada robotlar arasında xizək yarışları təşkil edilib. Qalib üçün 10 min ABŞ dolları məbləğində mükafat nəzərdə tutulub.

hitech.newsru.com saytının məlumatına görə, “Edge of Robot: Ski Robot Challenge” adlı yarışlarda yerli universitet və şirkətlərin komandaları tərəfindən yaradılmış 8 robot iştirak edib. Kiçik robotların vəzifəsi 80 metrlik yolun sonuna rəqiblərindən daha tez çatmaq olub. Belə yolda xizək sürmək yeni başlayan xizəkçilər üçün asan olsa da, robotların işi asan olmayıb. Onların bir çoxu şaxta və güclü küləyə görə finiş xəttinə çata bilməyiblər.

Qalib ilk cəhddən bütün maneələrin öhdəsindən gələrək yarışmanı 18 saniyə ərzində başa çatdıran “Taekwon V” adlı robot olub. Daha əvvəl “MiniRobot” şirkətinin mütəxəssisləri robotun yarışmaya hazırlıq prosesini əks etdirən videonu dərc ediblər. Burada, həmçinin maneələrin tanınması sisteminin işi nümayiş olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı