İnstitutun şöbə müdiri beynəlxalq konfransın elmi komitəsinin üzvü seçilib Fevral 07, 2018 | 10:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev 29-30 iyun 2018-ci il tarixlərdə keçiriləcək “Nəzəri və Tətbiqi Kompüter Elmləri və Mühəndislik” mövzusunda beynəlxalq konfransın (International Conference on Theoretical and Applied Computer Science and Engineering – ICTACSE2018-summer) elmi komitəsinin üzvü seçilib.

Türkiyənin İstanbul şəhərində baş tutacaq konfransda bioinformatika, Data Mining, distant təhsil, e-dövlət, e-tibb, qeyri-səlis məntiq, informasiya təhlükəsizliyi və risklərin idarə olunması, İT-layihələrin idarə olunması, “ağıllı” sensor şəbəkələri, proqram mühəndisliyi, obrazların tanınması və digər istiqamətlərdə müzakirələr aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı