"Facebook" "Like" düyməsindən reklam məqsədilə istifadə edəcək İyun 13, 2014 | 03:15 / Texnoloji yeniliklər

"Facebook" sosial şəbəkəsi yaxın gələcəkdə "Like" düyməsi də daxil olmaqla, istifadəçilərin kənar saytlarda fəaliyyəti haqqında məlumatlardan istifadə etmək niyyətindədir. Şirkətin məlumatına görə, əsas məqsəd sosial şəbəkədə reklam tarqetinqini həyata keçirməkdir. 

"Like" düyməsi və digər kod elementlərinin köməyilə Facebook bir çox veb-saytlar və mobil proqramlara inteqrasiya edilib. Bu da sosial şəbəkəyə onun istifadəçilərinin əsasən hansı sayta daxil olmaları, hansı proqramı yükləmələri və hansı veb-kontentlə maraqlanmaları barədə məlumatları toplamağa imkan verir. 

"Hələ ki, Facebook-da nə etdiyiniz, hansı səhifələrə üzv olduğunuz bizə sizin maraqlarınız haqqında öyrənməyə imkan verir. Lakin tezliklə ABŞ-dan başlayaraq, biz reklam tarqetinqi üçün sizin istifadə etdiyiniz proqramlar və veb saytlardan olan məlumatlardan da yararlanacağıq" - deyə Facebook-dan bildiriblər. 

lenta.ru saytının məlumatına görə, reklam tarqetinqi üçün saytlarda istifadəçilərin davranışı bir çox internet-şirkətlər tərəfindən izlənilir. Bildirilir ki, istifadəçi reklam üçün öz məlumatlarından istifadədən imtina etmək hüququna da malikdir. Bunu məşhur brauzerlərin əksəriyyətində, həmçinin iOS və Android əməliyyat sistemləri əsasında işləyən mobil telefonların sazlamalarında etmək mümkündür. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı