Onlayn mağaza istifadəçiyə öz eynəyini çap etməyə imkan verir Fevral 01, 2018 | 05:00 / Maraqlı məlumatlar

ABŞ-ın “GlassesUSA” İnternet mağazası rəqəmsal heykəltəraşla birlikdə eynəyin yaradılması üçün onlayn xidmət hazırlayıb. İstifadəçi eynəyə dizayn verdikdən sonra onu 3D-printerdə çap edə və ya İnternet vasitəsilə sifariş edə bilər.

dni24.com saytının məlumatına görə, artıq ABŞ-ın hər bir sakini evdən çıxmadan müstəqil olaraq, fərdi eynək yarada bilər. Veb-saytda çərçivə seçimi üçün 3 şablon, həmçinin müxtəlif sifət quruluşlarına uyğun 3 stil təqdim edilib. Bundan başqa, alıcılar çərçivə üçün istənilən dizayn, forma və rəngi seçmək, eləcə də çərçivəyə mətn əlavə etmək imkanına malikdirlər.

Veb-saytın rəhbərləri ilk eynək modellərini kiçik detalların istehsalı üçün ideal seçim olan “Sinterit Lisa” 3D-printerində hazırlayıblar. Veb-saytda həmçinin ən dəbli çərçivə müsabiqəsi təşkil edilib. Qalib 300 dollar məbləğində mükafat əldə edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı