Ürəyin ritm pozğunluğunun müalicəsi üçün süni intellekt yaradılıb Fevral 01, 2018 | 12:00 / Maraqlı məlumatlar

Akademik E.N.Meşalkin adına Milli Tədqiqat Tibb Mərkəzinin (Rusiya, Novosibirsk) mütəxəssisləri və İsrailin “EP Dynamics” laboratoriyası dəqiq diaqnostika və ürəyin ritm pozğunluqlarının müalicəsi üçün süni intellekt hazırlayıblar. Bu haqda klinikanın elmi-eksperimental iş üzrə direktor müavini Yevgeni Pokuşalov məlumat verib.

“Biz İsrailin “EP Dynamics” laboratoriyası ilə birgə ürəyin ritminin pozulmasını müalicə etməyə kömək edən süni intellekt hazırlayırıq. 2017-ci ilin sonunda maşın insanlardan daha yaxşı proqnozu verib. Dünyada bu yeni sistemə oxşar sistem mövcud deyil”, – deyə Pokuşalov bildirib.

Onun sözlərinə görə, süni intellektin hazırlanması ehtiyacı ürəyin işi haqqında böyük həcmli məlumatların olmasına görə yaranıb. Bu məlumatların kompüter emalı əməliyyatın gedişatı prosesində cərrahın işinə düzəliş etməyə və əməliyyatın nəticəsini 83 faizdən çox dəqiqliklə öncədən xəbər verməyə imkan verir.

O qeyd edib ki, tətbiq ürəyin qulaqcıqların fibrilyasiyası və mədəcik taxiaritmiyası kimi xəstəliklərinin müalicəsinin effektivliyini əhəmiyyətli dərəcədə yüksəltməyə kömək edəcək. Gələcəkdə bu süni intellekt ticarət məhsulu olacaq.

nanonewsnet.ru saytının məlumatına əsasən, bu yaxınlarda klinikanın mütəxəssisləri ürək qulaqcıqların fibrilyasiyasının müalicəsinin yeni metodikasını hazırlayıblar.

Qeyd edək ki, hər il Rusiyada ritm pozğunluğuna görə 200-300 min insan dünyasını dəyişir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı