“Instagram”a videozəng funksiyası əlavə olunacaq Yanvar 31, 2018 | 12:20 / Maraqlı məlumatlar

“İnstagram”ın yaradıcıları bu sosial şəbəkədə videozəng funskiyasının çatışmadığı qənatinə gələrək, müəyyən tədbirlər görüblər. Hazırda mütəxəssislər videozəng funksiyasını qapalı rejimdə sınaqdan keçirməyi planlaşdırırlar.

planet-today.ru saytının məlumatına görə, “Instagram”ın mobil əlavəsinin aktual versiyasında videozəng funksiyası daha tez istifadəyə verilə bilər. Belə ki, əgər proqram təminatını incələsək, orada artıq videozəngin ilk elementlərinə rast gələ bilərik.

Yeni funksiya birbaşa xəbərlər blokuna əlavə olunacaq. Hər bir konkret istifadəçinin kontakt siyahısında kamera ikonu yer alacaq. Bu yeniliyin tam olaraq nə vaxt hazır olacağı isə hələ ki, bəlli deyil. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı