Robot inşaatçıların səhvlərini düzəldəcək Yanvar 29, 2018 | 12:00 / Maraqlı məlumatlar

“Doxel” startapı tikintilərə müstəqil nəzarət etmək imkanına malik robot hazırlayıb. Robot çertyojlarla uyğunsuzluqlar aşkar etdikdə səhv haqqında mühəndisə dərhal məlumat verəcək.

Robotun yaradıcıları artıq 4,5 milyon dollar investisiya toplaya biliblər. Son sınaqlar nəticəsində aydın olub ki, bu robot çatışmazlıqlar haqqında insanları vaxtında məlumatlandıraraq tikinti işlərini demək olar ki, 40 faiz sürətləndirəcək.

hi-news.ru saytının məlumatına görə, bu robot bənnalar tərəfindən buraxılmış səhvlərin düzəlişindən əlavə, tikintinin tamamlanma müddətindən kənaraçıxmaların qarşısını almaqda kömək edə bilər. Startapın hazırladığı süni intellekt yerinə yetirilmiş işləri, büdcəni və qoyulmuş son müddəti müqayisəli təhlil edir, bundan sonra isə işin optimal tempini təyin etməyə kömək edir.

“Doxel” robotu qabaqcadan müəyyən olunmuş marşrut üzrə getmək və nərdivanları qalxa bilmək imkanına malikdir. Buna görə də, bu robotlar nahar zamanı və ya gecə inşaat obyektlərini müstəqil olaraq gəzəcək və əldə olunmuş məlumatlar əsasında tam hesabat təşkil edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı