“Apple” sərfəli “MacBook” istehsal edəcək Yanvar 26, 2018 | 11:00 / Maraqlı məlumatlar

Son illər “Apple” öz flaqman noutbuku “MacBook Pro”nu fəal olaraq yeniləyir. Lakin bu il şirkət kiçik noutbukların istehsalına qayıtmaq niyyətindədir. Bundan başqa, “MacBook Air”i əvəzləyəcək yeni noutbuklar, indiki Pro-versiyalardan daha sərfəli olacaq.

“Apple”ın yeni tətbiqi haqqında “General Interface Solutions” şirkəti məlumat verib. Bu şirkət 2017-ci ilin sonundan “MacBook” üçün aksessuarlar istehsal edir. Hazırda şirkət yeni, 12 düymlük, sərfəli “MacBook” üçün maye kristal ekranların sifarişini alıb. Bildirilir ki, yeni “MacBook” 2018-ci ilin ikinci yarısında satışa daxil olacaq. “MacBook Air”in hazırkı dəyərinin 1200 ABŞ dolları təşkil etdiyini nəzərə alsaq, yeni noutbukun dəyəri bu məbləği ötməyəcək.

hi-news.ru saytının məlumatına görə, “Apple” yeni məhsulun istehsalından sonra “MacBook Air”in istehsalını dayandıra bilər. Bununla yanaşı, yeni “MacBook”, həmçinin “Apple”ın son dərəcə incə korpusu tozla dolaraq sınmasına səbəb olan, yeni mexanizmə malik klaviaturası ilə bağlı yaranmış problemləri həll etməyə kömək edə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı