“Google Play”də audiokitablar bölməsi istifadəyə verilib Yanvar 25, 2018 | 12:35 / Maraqlı məlumatlar

“Google” korporasiyası “Google Play” onlayn mağazasında audiokitablar bölməsini istifadəyə verib. 45 ölkədə və 9 dildə əlçatan olan audiokitabları Android və iOS əsasında işləyən mobil qurğular, “Home” “ağıllı” səsgücləndiricisi, “Chromecast” rəqəmsal media pleyeri vasitəsilə dinləmək mümkün olacaq. Onların “Google Assistant” səs köməkçisi ilə inteqrasiyası hələ ki, yalnız ingilis dili üçün əlçatandır.

ferra.ru saytının məlumatına görə, audiokitabları münasib qiymətə əldə etmək mümkündür. Bunun üçün abunə olmaq tələb edilmir. İlk dəfə alanlar üçün endirim 50 faiz təşkil edir. İstifadəçilərə ödənişsiz olaraq, kitabdan bir hissəni dinləmək təklif edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı