Ən populyar smartfon Yanvar 24, 2018 | 04:18 / Maraqlı məlumatlar

2017-ci ilin 4-cü rübünün nəticələrinə görə, dünyada ən çox satılan smartfon iPhone X olub. “Apple” şirkəti bu dövr ərzində 29 milyon qurğunu satışa çıxarıb. “Canalys” analitik şirkəti bu qənaətə gəlib.

“Apple” ötən il noyabr ayının əvəllərində çatdırılma ilə əlaqədar bir sıra problemlər yaşasa da, ayın sonunda və dekabrda əngəlləri aradan qaldıraraq smartfonların istehsal həcminin artırılmasına nail olub. Bu da şirkətə 4-cü rübün sonunda bazar payını artırmağa kömək edib.

lenta.ru saytında bildirilir ki, iPhone X-ın böyük məşhurluğu iki amilə əsaslanır: kreditdən asan istifadə və köhnə qurğuların mübadiləsi imkanı. Nəticədə, köhnə iPhone sahibi öz qurğusunu şirkətə təqdim edərək əvəzində yeni smartfonu endirimli qiymətə əldə edə bilir.  

Məlumata görə, “Apple” iPhone X-in istehsalı və satışlarını dayandırıb. Şirkət 2018-ci ilin yayında smartfonu satışa çıxarmayacaq. Bu, yeni modelin hazırlanması ilə əlaqədardır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı