“Microsoft” məktəblərə 200 dollardan ucuz noutbuklar təklif edib Yanvar 23, 2018 | 02:00 / Maraqlı məlumatlar

“Microsoft” ABŞ məktəblərində “Google”dan birinciliyi geri almaq niyyətindədir. Bu işdə ona şirkətin tərəfdaşlarının istehsal edəcəyi, dəyəri 189-299 dollar arasında olan ucuz noutbuklar kömək edəcək. Qurğulara öncədən “Windows 10 S” (proqram təminatının yalnız “Windows Store”un rəsmi mağazasının kataloqundan quraşdırılmasına imkan verən əməliyyat sisteminin “məktəb” versiyası) quraşdırılacaq.

“Microsoft”un korporativ vitse-prezidenti Yusif Mehdinin sözlərinə görə, onun şirkəti adətən ən çox 299 dollar dəyərində satılan “Google” şirkətinin “Chromebook”unun qiymət üstünlüyünü məhv etmək niyyətindədir. “Windows”un leptoplarında isə ofis proqramları və məktəblilər arasında məşhur olan “Minecraft” oyun-konstruktoru daxil olmaqla proqramların tam versiyalarını istifadə etmək mümkün olacaq.

hitech.vesti.ru saytının məlumatına görə, bir çox “Windows”qurğuları“touchscreen” dəstəyi ilə təchiz ediləcək. Bəzi modellərə isə virtual reallıq dəbilqələrinin dəstəyi quraşdırılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı