Görkəmli alim, bacarıqlı təşkilatçı Yanvar 23, 2014 | 11:17 / Yeni nəşrlər

Dünyanın qloballaşması, yeni cəmiyyətin qanunauyğunluqlarının bərqərar olması elmi-texniki tərəqqi ilə bağlıdır. Bu gün informasiya-kommunikasiya texnologiyaları (İKT) sferasında bəşəriyyətin rifahına yönələn inqilabi kəşflər edilir, innovativ dəyişikliklər müşahidə olunur. Sürətlə inkişaf edən informasiya texnologiyaları istənilən fəaliyyət sahəsinə getdikcə daha dərindən nüfuz edir. Bütün bunların sayəsində isə dünyanın mənzərəsi dinamik olaraq dəyişir. Artıq sivil cəmiyyəti mobil rabitə, internet xidmətləri olmadan təsəvvür etmək qeyri-mümkündür. 

Dünyada gedən bu proseslər informasiya cəmiyyətinin başlıca tələblərindən irəli gəlir. Həmin tələblərin uğurla həyata keçirilməsində isə informatika elminin, İKT-nin inkişafına öz töhfəsini verən, bu sahədə məqsədyönlü siyasət yürüdən görkəmli şəxsiyyətlərin rolu əvəzedilməzdir. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrdə elektron dövlət quruculuğu prinsiplərinin müvəffəqiyyətlə həyata keçirilməsində bilavasitə iştirakçı olan aparıcı qüvvələr məhz informatika elminin dərinliklərinə yiyələnən, İKT-nin müxtəlif sahələrdə səmərəli tətbiqi siyasətini uğurla həyata keçirən kreativ və peşəkar şəxsiyyətlərdir. Bu gün İKT-nin dinamik inkişaf edərək prioritet sahələrdən birinə çevrilməsi məhz həmin insanların innovativ təfəkkürü, səmərəli fəaliyyəti və yüksək təşkilatçılıq bacarığı sayəsində mümkün olur. 

Qloballaşma prosesinin vüsət almasına rəvac verən İKT sektorunun Azərbaycanda inkişafı, milli kadrların hazırlanması, bir sözlə, informasiya cəmiyyətinin təşəkkülü və bərqərar olması prosesinin uğurla aparılmasında görkəmli elm xadimlərimizin, mütəxəssislərimizin böyük xidmətləri vardır. Məhz onların geniş erudisiyası, tükənməz enerjisi, gərgin axtarışları, səmərəli təşkilatçılıq qabiliyyəti gələcək nəsilləri yaradıcılığa, axtarışlara səsləyən bir örnək və məktəbdir. Belə şəxsiyyətlərdən biri də Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovdur... 

...Əli Məmməd oğlu Abbasov 1 yanvar 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. Naxçıvan şəhərində 2 saylı orta məktəbi bitirdikdən sonra 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun "İstehsal proseslərinin avtomatlaşması" fakültəsinə daxil olur. O vaxtlar azərbaycanlı gənclər ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərilirdi. Ə.Abbasov da institutun əlaçı tələbəsi kimi təhsilini davam etdirmək üçün Moskva Energetika İnstitutuna gəlir. 1976-cı ildə həmin ali məktəbi avtomatika və telemexanika ixtisası üzrə bitirir və təyinatla Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika İnstitutuna gəlir. Gənc mütəxəssis kimi araşdırmalara başlayan Ə.Abbasov bir qədər sonra institutun elmi şurasının qərarı ilə Ukrayna Elmlər Akademiyasının Kibernetika İnstitutunun məqsədli aspiranturasına daxil olur. 1981-ci ildə o, məşhur alim, akademik V.Qluşkovun rəhbərliyi altında böyük inteqral sxemlərin (çiplərin) ölçüsünün kiçildilməsi problemlərinin həllinə həsr olunmuş dissertasiya işini vaxtından əvvəl müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini alır və onun tərəfindən təklif olunan metodlar sovet hərbi sənaye kompleksində tətbiq edilir. Məhz buna görə də gənc alim mikroelektronika sahəsində Moskva şəhərində fəaliyyət göstərən hərbi təyinatlı elmi-tədqiqat institutuna dəvət alır, lakin bu təklifi qəbul etmir və Azərbaycana dönür. 

XX əsrin II yarısında internetin meydana gəlməsi, dünyada geniş vüsət alması ilə bəşər tarixində informasiya cəmiyyəti erasının əsası qoyuldu. Həmin illərdə informasiya və idarəetmə texnologiyalarının müxtəlif istiqamətləri üzrə aktual elmi-nəzəri problemlərin araşdırılmasına böyük zərurət yaranmışdı. Ona görə də Ə.Abbasov 1980-ci illərdə AEA-nın Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsində yeni laboratoriya təşkil edir və ətrafına qabiliyyətli gəncləri toplayaraq tədqiqatlara başlayır. Şəbəkə mühitində paylanmış intellektual informasiya sistemlərinin elmi-nəzəri əsaslarının işlən

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı