Suyun keyfiyyətinə nəzarət üçün robot-quşlardan istifadə olunacaq Yanvar 16, 2018 | 04:26 / Texnoloji yeniliklər

Sinqapurda beş yerli su anbarında suyun keyfiyyətinin monitorinqi üçün robot-quşlardan istifadəyə başlanılacaq. Sinqapurun Su Resursları Agentliyinin iştirakı ilə bir neçə institutun mütəxəssisləri tərəfindən hazırlanmış, qu quşlarını xatırladan SWAN (Smart Water Assessment Network – “Ağıllı” Su Qiymətləndirmə Şəbəkəsi) robotlarının ilk sınaqları 2014-cü ildə keçirilsə də, sınaqlar 2016-cı ildə müvəffəqiyyətlə başa çatdırılıb.

hitech.newsru.com saytının məlumatına görə, robotlar turşuluq səviyyəsi, oksigen tərkibi, şəffaflıq və xlorofil tərkibi haqqında informasiya daxil olmaqla, suyun keyfiyyəti ilə bağlı məlumatların əldə edilməsi üçün sensorlar və iki mühərriklə təchiz edilib.

Hazırda suyun analizi qayıqlardan toplanmış suyun köməyilə həyata keçirilir. Lakin bunun üçün insan resursları tələb olunur. Nümunələrin çatdırılmasına müəyyən vaxt sərf olunur ki, bu da fövqəladə vəziyyət yarandıqda dərhal qarşısının alınmasına mane ola bilər. Robotlar real vaxtda məlumatları göndərə və operatorun müşahidəsi altında avtonom rejimdə hərəkət edə biləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı