“Viber” messencerindən 100 milyon insan istifadə edir İyun 10, 2014 | 10:00 / Texnoloji yeniliklər

Pulsuz mesaj və zənglər üçün nəzərdə tutulan "Viber" messencerindən eyni zamanda istifadə edən insanların sayı 100 milyonu ötüb 

Bu gün “Viber” kompüter üçün müştəri xidmətini təqdim edib. “Viber”in işini yaxşılaşdırmaq məqsədilə bu xidmətdə videozənglərin keyfiyyəti artırılıb və bir sıra digər əlavələr təqdim edilib. Həmçinin servisin mobil versiyasında mövcud olan stikerlərin mübadiləsi də mümkündür. 

hitech.vesti.ru saytının verdiyi məlumata əsasən, “Viber”in “Windows” və “OS X” əməliyyat sistemləri üçün desktop versiyası 2013-cü ilin may ayında yaradılıb. Hazırda bu xidmət “Skype”ın birbaşa rəqibinə çevrilib. Bu ilin fevral ayında “Viber”də 280 milyon istifadəçi qeydə alınıb ki, onlardan 100 milyonu ayda ən az bir dəfə messencerə müraciət ediblər. “Skype”ın auditoriyası isə 300 milyona yaxın istifadəçi təşkil edir. 

Qeyd edək ki, “Viber” İsrail sahibkarları və Belarus tərtibatçıları tərəfindən 2010-cu ildə yaradılıb. Bu ilin yanvar ayında Yaponiyanın “Rakuten” elektron şirkəti “Viber”i 900 milyon dollara satın alıb. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı