AB superkompüterlərin hazırlanmasına 1 milyard avro vəsait ayıracaq Yanvar 15, 2018 | 03:00 / Maraqlı məlumatlar

Avropa Birliyi (AB) superkompüterlərin hazırlanmasında Çin, ABŞ, Yaponiya kimi ölkələrlə rəqabət aparmaq üçün bu sahəyə 1 milyard avro vəsait ayırmağa hazırlaşır.

2020-ci ilə qədər Avropa saniyədə yüz kvadrilyon hesablamalar yerinə yetirən iki superkompüter, həmçinin saniyədə onlarla kvadrilyon hesablama aparan ən az iki sürətli kompüter ala bilər. Bununla yanaşı, AB saniyədə kvintilyon əməliyyat aparmaq imkanına malik yeni nəsil kompüter əldə etməyi planlaşdırır. Bu layihə Avropaya gələcəkdə rəqəmsal iqtisadiyyat bazarında müstəqil və rəqabətədavamlı olmağa imkan verəcək.

hi-news.ru saytının məlumatına görə, AB-nin idarəedici strukturu layihəyə 486 milyon avro ayıracaq. Qalan vəsaitin isə Avropa Birliyinin layihədə iştirak etmək istəyən ölkələrinin və “əlaqəli dövlətlər”in cəlb olunması yolu ilə toplanması planlaşdırılır.

Artıq 13 ölkə layihədə iştirak etmək arzusunu ifadə ediblər: Fransa, Almaniya, Lüksemburq, Niderland, Yunanıstan, İtaliya, İspaniya, İsveçrə, Portuqaliya, Sloveniya, Xorvatiya, Belçika, Bolqarıstan.

Qeyd edək ki, Avropa ABŞ, Yaponiya və Çindən superkompüter istehsalında xeyli geri qalır. Bir çox Avropa şirkətləri və dövlət agentlikləri Avropa qitəsi xaricində yerləşdirilmiş superkompüterlərin hesablama gücünü kirayələmək məcburiyyətindədirlər. Bu isə, öz növbəsində konfidensial informasiyanın oğurlanması riskini əhəmiyyətli dərəcədə artırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı