Sahibini izləyən robot-çamadan təqdim edilib Yanvar 08, 2018 | 02:06 / Texnoloji yeniliklər

Çinin “90Fun” şirkəti sahibini avtomatik izləyən “Puppy 1” çamadanını təqdim edib. O, iki təkər və avtomatik tarazlaşdırma üçün sensor dəsti ilə təchiz olunub. Qurğu sahibini tanıyır, onu vağzal və ya hava limanında izləyə və dayanaraq gözləyə bilir.

belta.by saytının məlumatına görə, robotu məsafədən idarə etmək mümkündür. Devaysın hazırlanmasında “Seagway” şirkəti də iştirak edib. O, Las-Veqasda keçiriləcək “CES 2018” sərgisində təqdim ediləcək. Cari ildə satışa çıxarılacaq robotun qiyməti hələ ki, açıqlanmır.

Qeyd olunub ki, robot-çamadanın gələcək sahibləri inteqrasiya edilmiş akkumulyatora görə qurğunun yük bölməsinə girişi ilə bağlı problem yaşaya bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı